İran Hərbi Dəniz Donanmasının komandanı: “Dəniz piyadalarımız ən müasir müdafiə təchizatları ilə 3 adada yerləşdirilib”

İran Hərbi Dəniz Donanmasının komandanı: “Dəniz piyadalarımız ən müasir müdafiə təchizatları ilə 3 adada yerləşdirilib”
# 24 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın dəniz piyadaları 3 adada yerləşdirilib”. APA-nın məlumatına görə, bu barədə İran Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi açıqlama verib. O bildirib ki, Əbu Musa, Böyük və Kiçik Tonb adaları ölkəsinin ərazisinə daxildir və İranın bu torpaqlar üzərində də hakimiyyəti var: “Dəniz piyadalarımız ən müasir müdafiə təchizatları ilə hər 3 adada yerləşdirilib. İran Hərbi Dəniz Donanması nə bu adalara, nə də İran sularının heç bir nöqtəsinə əl uzadılmasına icazə verməyəcək. Əks təqdirdə, düşmənə qarşı ən sərt şəkildə qarşılıq verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR