ATƏT-in baş katibi Gürcüstanda səfərdədir

ATƏT-in baş katibi Gürcüstanda səfərdədir
# 10 iyul 2012 08:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. ATƏT-in baş katibi Lamberto Zanyerin Gürcüstana səfəri başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş katib Gürcüstan prezidenti Mixail Saakaşvili, parlament sədri David Bakradze, xarici işlər naziri Qriqol Vaşadze, siyasi partiyaların liderləri, vətəndaş sektorunun nümayəndələri ilə görüşəcək.

L. Zanyer Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı Batumidə keçiriləcək konfransa da qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR