Xaçmazda 65 yaşlı piyadanı maşın vurub öldürdü

Xaçmazda 65 yaşlı piyadanı maşın vurub öldürdü
# 12 sentyabr 2012 19:48 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Xaçmaz rayonu, Armudpadar kənd sakini 22 yaşlı Aydın Məmmədovun idarə etdiyi 90-LO-215 dövlət nömrə nişanlı “Vaz 21 015” markalı nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyada 65 yaşlı Xaçmaz rayonu, Sərkərli kənd sakini Əlziman Məmmədovu vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR