Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib

Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib
# 30 may 2012 12:18 (UTC +04:00)
Bakı – APA. Mayın 30-da akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. APA-nın məlumatına görə, açılışda prezident İlham Əliyev də iştirak edib.

Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.

Poliklinikada 66,2 min sakinə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir.

Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, eləcə də cərrahi alətlər dəsti, göz kabineti üçün şirim lampası, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilib. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi çalışır.

Prezident yaradılan şəraitlə tanış olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR