“Qalatasaray” 22 yaşlı futbolçu transfer edir

“Qalatasaray” 22 yaşlı futbolçu transfer edir
# 13 aprel 2012 12:25 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” mövsümlərarası fasilə başlamamış gözlənilməz transfer həyata keçirib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Bank Asiya I liqa təmsilçisi olan “Girəsunspor”un gənc futbolçusu Eren Tozlunun keçidini həll edib.

22 yaşlı hücumçunun transferi artıq klublar tərəfindən razılaşdırılıb. Tozlu cari mövsümdə oyunu ilə diqqəti cəlb edib. Belə ki, o, 28 matçda 10 qol vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR