Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 16 oktyabr 2012 11:37 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayının indeksindən 8,8 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin sentyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 470,9 mln. manat, avqustda isə 1 375,2 mln. manat təşkil edib.

Sentyabrda avqusta nisbətən pərakəndə ticarətin artması ilk növbədə avqustda müşahidə olunan azalma ilə bağlıdır. Belə ki, avqust ayında pərakəndə ticarətin həcmi aylıq müqayisədə 1,8% azalıb. Bundan əlavə, sentyabr ayında pərakəndə ticarətdə ənənəvi olaraq mövsümi canlanma başlayır.

Qeyd edək ki, ümumiyyətlə yanvar-sentyabr ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,0% artıb. Yanvar-avqust ayları üzrə isə artım 9,2% təşkil edib ki, beləliklə sentyabrın artımı ümumi dinamikaya təsir göstərməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR