Ermənistanda hakim partiya parlament seçkilərində səs toplamaq üçün ordudan istifadə etməyə hazırlaşır

Ermənistanda hakim partiya parlament seçkilərində səs toplamaq üçün ordudan istifadə etməyə hazırlaşır
# 23 aprel 2012 12:21 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Ermənistanın «Lragir» qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, artıq zabitlərə qeydiyyatda olduqları məntəqələrdə hakim partiyanın namizədlərinin lehinə səs toplamaq tapşırılıb. Qəzetə zabit və əsgər ailələrindən göndərilmiş məktublarda bildirilib ki, zabitlər hər bir əsgərin valideynlərinə hakim partiya üçün 5-6 səs təşkil etməyi tapşırıblar. Göstərilən səslərin sayını təmin edə biləcəkləri halda, zabitlər onların övladlarını 15 günlük məzuniyyətə buraxmağa söz veriblər.

Övladları hərbi xidmətdə olan valideynlərə səs verəndən sonra bülleteni mobil telefonla çəkmək tapşırılıb. Bundan imtina edənləri isə oğullarını «Qarabağa göndərəcəkləri» ilə hədələyirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR