Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elektron xidmətlərin çeşidini artırmaq niyyətindədir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elektron xidmətlərin çeşidini artırmaq niyyətindədir
# 11 iyul 2012 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elektron xidmətlərin tətbiqi ilə bağlı elektron spektrlərin çeşidini artıracaq. «APA-Economics»in məlumatına görə, bunu Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

F.Talıblının sözlərinə görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin yaradılması ilə əlaqədar elektron xidmətlər bağlı müvafiq sənədlərdə dəyişikliyə ehtiyac yaranıb. Həmin sənədə edilən dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Hökumət təkliflərə müsbət cavab verdiyi halda, elektron xidmətlərin 6-sı komitənin saytı vasitəsilə həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR