Azərbaycan Daxili İşlər Nazirliyində yeni təyinatlar olub

Azərbaycan Daxili İşlər Nazirliyində yeni təyinatlar olub
# 21 fevral 2012 12:44 (UTC +04:00)
APA-nın məlumatına görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəylər Abbasov tutduğu vəzifədən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əli İbrahimov isə nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə rəis vəzifəsinə təyinat alıb. Həmin məktəbin bundan əvvəlki rəisi Ramiz Abdullayev təqaüdə göndərilib.

R. Usubov həmçinin Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəis müavini, polis mayoru Cümşüd İsmayılovun Qax Rayon Polis Şöbəsinə rəis təyin edilməsi barədə əmr imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR