Böyük Britaniyada teleserial istehsalçılarına vergi güzəştləri tətbiq edilə bilər

Böyük Britaniyada teleserial istehsalçılarına vergi güzəştləri tətbiq edilə bilər
# 16 mart 2012 11:32 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya hökuməti teleserial istehsalçılarına vergi güzəştlərinin tətbiqi məsələsini müzakirə edir.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, hökumət vergi yükünü azaltmaqla şirkətləri Böyük Britaniyada serial çəkməyə həvəsləndirməyi, bununla da minlərlə iş yeri açmağı planlaşdırır. Vergi güzəştlərinin 25-30% səviyyəsində olacağı gözlənilir.

Böyük Britaniya dünyada ABŞ-dan sonra ikinci ən böyük TV-kontent ixracatçısıdır. “The Wall Street Journal” 500 yerli teleşirkətin illik gəlirini 2,2 mlrd. funt-sterlinq həcmində qiymətləndirir. Təkcə TV-kontent ixracından gəlirlər 2010-cu ildə 1,42 mlrd. funt-sterlinq olub. Bununla belə, bəzi Britaniya serialları vergilərin daha az olduğu ölkələrdə çəkilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR