Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4% artıb
# 25 sentyabr 2012 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 140,8 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,8% çox yük daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft yüklərinin həcmi 8,3% artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 55,6%-i avtonəqliyyat, 27,6%-i boru kəməri, 10,8%-i dəmir yolu, 6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

«Qeyri-dövlət bölməsində yük daşınması 3,4% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1% təşkil edib», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, yanvar-avqust aylarında nəqliyyatçılar 1,033 mlrd. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,65 çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR