Dunya Miyatoviç: “Azərbaycanda jurnalistlərin və bloqqerlərin təhlükəsizliyi hər zaman diqqətimizdə olub”

Dunya Miyatoviç: “Azərbaycanda jurnalistlərin və bloqqerlərin təhlükəsizliyi hər zaman diqqətimizdə olub”
# 07 noyabr 2012 12:07 (UTC +04:00)
Əsas problem cinayəti sifariş edənlərin və törədənlərin cəzasızlığıdır. Mən demirəm ki Azərbaycanda vəziyyət o qədər yaxşıdır. Azərbaycanla yanaşı, bir çox ölkədə də jurnalistlər təqib olunur, zorakılığa məruz qalırlar”.

APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfərin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O, ölkələri müqayisə etmək istəmədiyini bildirib: “Bu, mənim işim deyil. Biz jurnalistlərin ölümü ilə bağlı məsələni rəhbərlik qarşısında qaldırmışıq. İlk reaksiya verən də bizim təşkilat olub. Azərbaycanda jurnalistlərin və bloqqerlərin təhlükəsizliyi hər zaman diqqətimizdə olub. Abbas Zeynalov, Hilal Məmmədov, Fərəməz Novruzoğlu və başqa bir jurnalistlə görüşdük. “Azadlıq” qəzeti ilə bağlı məsələni mən bir dəfə qaldırmışdım. Məsələ həll olunmuşdu. Sonra yenidən problemlər yarandı. Mən bu məsələni rəhbərlik qarşısında yenidən qoydum”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR