İran, İraq, Livan və Suriya arasında enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb

İran, İraq, Livan və Suriya arasında enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb
# 19 fevral 2012 22:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran, İraq, Livan və Suriya arasında elektik şəbəkələrinin birləşdirilməsi və elektrik enerjisinin mübadilə edilməsi ilə bağlı əməkdaşlıq sazişi bağlanıb. APA-nın məlumatına görə, bu barədə İranın enerji nazirinin müavini Məhəmməd Behzad məlumat verib. O deyib ki, müqaviləyə əsasən, İran hazırda 1000 meqavat olan elektrik enerjisi ixracatını 1300 meqavata çıxaracaq və bunun da 150 meqavatını mübadilə üçün ayıracaq: “Ümumilikdə imzalanmış sazişlə 1600-2000 meqavat arasında elektrik enerjisi dörd ölkə arasında mübadilə ediləcək. Bu da təqribən 1 milyard ABŞ dolları deməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR