«YapıKredi Bank Azerbaijan»ın kredit portfeli I rübdə 50% artıb

«YapıKredi Bank Azerbaijan»ın kredit portfeli I rübdə 50% artıb
# 18 may 2012 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin kredit portfeli 2012-ci il aprelin 1-nə 118,669 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 3,6 dəfə artaraq 68 462 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 14% azalaraq 50,992 mln. manat, istehlak kreditləri isə 3,8% artaraq 24,297 mln. manat, vaxtı keçmiş kreditlər isə 15% artaraq 1,650 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın depozit portfeli 97,058 mln. manata, o cümlədən müddətli depozitlər 5,2 dəfə artaraq 25,218 mln. manata, tələb olunanadək depozitlər 61% artaraq 71,840 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 70% artaraq 22,108 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama» (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 10 filialı, 21 bankomatı və 151 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR