Xədicə İsmayılova dindirilmək üçün prokurorluğa dəvət olunub

Xədicə İsmayılova dindirilmək üçün prokurorluğa dəvət olunub
# 16 mart 2012 10:20 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bəzi kütləvi informasiya vasitələrində dərc olunduğu, eyni zamanda “Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılovanın özünün də bildirdiyinə görə, şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar müraciəti üzrə cinayət işi Baş Prokurorluq tərəfindən gec başlanıb.
Bununla əlaqədar bildiririk ki, X. İsmayılovanın qeyd edilən müraciəti Baş Prokurorluğa rəsmi olaraq martın 14-də daxil olub və həmin tarixdə Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə ərizədə göstərilən xüsusatların araşdırılması barədə konkret tapşırıqlar verilib. X. İsmayılovanın Daxili İşlər Nazirliyinə ünvanladığı eyni məzmunlu müraciəti üzrə martın 15-də nazirlikdən daxil olmuş araşdırma materialları eyni icraatda birləşdirilərək Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə araşdırma aparılmaqla tərəfimizdən məlumat verildiyi kimi toplanmış material üzrə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun İstintaq idarəsində davam etdirilir. X.İsmayılova dindirilməsi üçün bu gün şəhər prokurorluğuna dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR