Hillari Klinton Bolqarıstanı Rusiyadan asılılığına son qoymağa çağırıb

Hillari Klinton Bolqarıstanı Rusiyadan asılılığına son qoymağa çağırıb
# 06 fevral 2012 08:06 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ dövlət katibi Hillari Klinton Bolqarıstan hökumətini Rusiyadan asılılığına son qoymaq üçün enerji resurslarının idxal marşrutlarını diversifikasiya etməyə çağırıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə H.Klinton Sofiyada Bolqarıstanın baş naziri Boyko Borisovla keçirdiyi görüşdən sonra açıqlama verib.

O qeyd edib ki, bir sıra ABŞ şirkətləri enerji təhlükəsizliyini təmin etmək işində Bolqarıstana kömək etməyə hazırdır. Bu məqsədlə ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar bu həftə Sofiyaya səfər edəcək.

H.Klinton ABŞ və Bolqarıstan arasında tərəfdaşlıq proqramlarının vacibliyini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR