Azərbaycan Konstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi tətbiq edilib

Azərbaycan Konstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi tətbiq edilib
# 22 may 2012 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimləri üçün yaş həddi 70 olaraq müəyyənləşib. Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə 70 yaşına çatdıqda xitam veriləcək.

Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsinin icrasını davam etdirəcək.

Qeyd edək ki, indiyədək qanunvericilikdə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması ilə bağlı yuxarı yaş həddi olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR