Azərbaycan prezidenti Brüsseldə NATO baş katibi ilə görüşüb - FOTOSESSİYA

Azərbaycan prezidenti Brüsseldə NATO baş katibi ilə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 15 fevral 2012 16:01 (UTC +04:00)
APA-nın məlumatına görə, NATO baş katibi dövlət başçısını Alyansın mənzil-qərargahının önündə qarşılayıb.

Sonra İ. Əliyev və A. F. Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdiriblər.

Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə prezident İ. Əliyevi təbrik edib.

NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə minnətdarlığını çatdırıb.

O, Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Prezident İ. Əliyev qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaq.

O, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib.

Dövlət başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Prezident Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirib.

Sonra İ. Əliyev və Anders Foq Rasmussen Alyansın mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR