Azərbaycan Silahlı Qüvvələrinin əsgəri atəşkəsin pozulması nəticəsində yaralanıb

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri atəşkəsin pozulması nəticəsində yaralanıb
# 26 iyul 2012 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə ötən gecə cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb.

Milli Ordunun əsgəri, 19 yaşlı Elmir İman oğlu Mirzəyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.

Qeyd edək ki, E. Mirzəyev Xaçmaz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR