Budapeştdə Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib - FOTOSESSİYA

Budapeştdə Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2013 11:08 (UTC +04:00)

Bakı-APA. Ötən ilin dekabrında Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə təsis olunan Azərbaycan-macar gəncləri təşkilatının üzvləri Xocalı soyqırımının 21-ci ildönümü münasibəti ilə fevralın 26-da Budapeştin mərkəzindəki Qəhrəmanlar meydanında aksiya keçiriblər. Azərbaycanın Macarıstandakı Səfirliyindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barəsində məlumatlar verib, buklet, kitab, və dvd disklər paylanıb. 3 saata yaxın davam edən aksiyaya macarlar böyük maraq göstəriblər. Ermənilərin dinc azərbaycanlı sakinlərə, qadınlara, qocalara və uşaqlara qarşı törətdikləri vəhşiliklər macarlarda böyük hiddət doğurub. Aksiyanın sonunda iştirakçılar Qəhrəmanlar meydanında şamlarla “Xocalı” yazıb, “Xocalıya ədalət!”, “Ruanda, Xocalı və Serebrinitsa – UNUDULMASIN!”, “Erməni vəhşiliyinə hüquqi qiymət verilsin!” və s. şüarlar səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR