Bakının bir sıra yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır

Bakının bir sıra yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır
# 22 aprel 2015 06:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun bir hissəsinə, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivinə və Biləcəri qəsəbəsinin bir hissəsinə Nərimanov rayonunun Atatürk prospektinin bir hissəsinə, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M. Rüstəmov və Telnov küçələrinin bir hissəsinə, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR