Hökumət nümayəndəsi: Yunanıstanın baş naziri istefaya gedir

Hökumət nümayəndəsi: Yunanıstanın baş naziri istefaya gedir
# 20 avqust 2015 18:05 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın baş naziri Aleksis Tsipras yaxın saatlarda ölkə prezidenti Prokopis Pavlopulosa istefa ərizəsini təqdim edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, istefa ölkədə vaxtından qabaq parlament seçkilərinin keçirilməsi ilə əlaqədardır.

Bundan əvvəl Yunanıstan hökumətindəki mənbə seçkilərin sentyabrın 20-də baş tutacağını bildirmişdi. Hazırda A.Tsiprasın istefa ilə bağlı rəsmi bəyanatı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR