Prokuror dələduzluqda təqsirləndirilən şirkət direktoruna cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən şirkət direktoruna cəza istəyib
# 01 iyun 2016 14:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Q.Rəhimovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, Q. Rəhimov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR