Azərbaycan yığmasının “Şaxtyor”la oyun üçün start heyəti açıqlanıb

Azərbaycan yığmasının “Şaxtyor”la oyun üçün start heyəti  açıqlanıb
# 23 fevral 2015 10:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama oyunu üçün start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunu yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlayıb.

Xorvatiyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşmada 4-1-4-1 taktiki sxemindən yararlanacağını bildirib. O, fevralın 24-də baş tutacaq qarşılaşmada qapını Andrey Popoviçə həvalə edəcək.

Sahə oyunçuları kimi isə Bədavi Hüseynov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Məhəmməd Qurbanov çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR