“Unibank” Qurban bayramı və Müəllimlər günü münasibətilə xüsusi kampaniya keçirir

“Unibank” Qurban bayramı və Müəllimlər günü münasibətilə xüsusi kampaniya keçirir
# 01 oktyabr 2014 08:27 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank”dan Qurban bayramı və Müəllimlər günü münasibəti ilə böyük sürpriz. Ən gözəl bayramları ürəyiniz istədiyi kimi keçirin.

Oktyabrın 3-ü və 4-də nağd kreditlərlə bağlı xüsusi kampaniya keçirir. İşindən, peşəsindən asılı olmayaraq hər kəs oktyabrın 3-ü və 4-ü bankın filiallarına gələrək kampaniyadan yararlana bilər.

“Unibank”dan “Albali Plus” kart sahiblərinə də xüsusi bayram hədiyyəsi var. Qurban bayramı günlərində (4, 5, 6, 7 oktyabrda) “Albalı” kartları ilə alış-veriş edən müştərilərə bankdan əlavə taksit imkanları veriləcək. 3 taksitə qədər alış-veriş edən müştərilərə bankdan +1 taksit , 3 taksit və yuxarı alış-veriş edən müştərilərə isə +3 taksit hədiyyə ediləcək.

Bayram münasibəti ilə “Albali Plus” istifadəçilərini bəzi restoran və marketlərdə xüsusi endirimlər və hədiyyələr, tur agentliklərdə güzəştli səyahət paketləri gözləyir. Seçilmiş müştərilərə də “Albali Plus”dan özəl bayram hədiyyəsi var.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09:00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR