Nurəngiz Günə həsr olunmuş şeir müsabiqəsi elan olunub

Nurəngiz Günə həsr olunmuş şeir müsabiqəsi elan olunub
# 30 aprel 2015 13:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gənc Şairlər Birliyi mərhum şairə Nurəngiz Günə həsr edilmiş “Nurəngiz Günə BİR BƏND ŞEİR” müsabiqəsi elan edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər şairə Nurəngiz Gün haqqında yazılan yeni bir bəndlik şeiri “[email protected]” ünvanına göndərə bilərlər.

Şeirlərin qəbulu mayın 20-dək davam edəcək.

Qalib gələn şeirin müəllifinə V Azərbaycan Şairlər Günündə Müşfiq Mükafatı təqdim ediləcək.

Qaydalara əsasən ikinci və üçüncü yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR