Şəkidə təhsillə bağlı zona müşavirəsi keçirilib

Şəkidə təhsillə bağlı zona müşavirəsi keçirilib
# 24 iyun 2015 22:21 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə keçirilən zona müşavirəsində Şəki, Qax, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir, Zərdab, Zaqatala, Balakən rayon təhsil şöbələrinin əməkdaşları və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Şəki Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq son illər ölkəmizin təhsil strukturunda həyata keçirilən islahatlardan, xüsusən təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin həlli istiqamətində nəzərdə tutulan islahatlardan danışıb.

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov müşavirədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun həyata keçirilməsi ilə bağlı vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Müşavirədə 12 illik təhsilə keçid, Metodik Mərkəzlərin fəaliyyətinin yenidən qurulması, istedadlı uşaqlarla işin istiqamətləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları ilə bağlı məruzələr dinlənilib, məruzələrlə bağlı geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR