Maykl Mann: ““Altılıq” ölkələri İran üçün yaxşı təkliflər paketi hazırlayıb”

Maykl Mann: ““Altılıq” ölkələri İran üçün yaxşı təkliflər paketi hazırlayıb”
# 26 fevral 2013 10:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. ““Altılıq” ölkələri İran üçün yaxşı təkliflər paketi hazırlayıb”. APA-nın “Radifərda”ya istinadən məlumatına görə, bu fikirləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, “altılıq” ölkələri bu təkliflər paketinin konstruktiv dialoq üçün ədalətli olduğuna inanır: “Bu təkliflər paketi İranın mübahisəli nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinin narahatlığına səbəb olan məsələləri həll etmək üçün nəzərdə tutulub. Eyni zamanda bu təkliflər paketində İranın da mövqeyi nəzərə alımıb. Ümid edirik ki, İran bu müzakirələrdə irəliləyişə nail olmağa yardımçı olar”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR