Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgi və xatirə günü keçiriləcək

Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgi və xatirə günü keçiriləcək
# 10 aprel 2015 12:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgi və xatirə günü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgindən öncə Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr olunmuş dəyirmi masa, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” adlı kitabının təqdimat mərasimi təşkil olunacaq.

Sərgidə rəssamın 46 sayda qrafik əsəri nümayiş olunacaq. Müharibə mövzusuna həsr etdiyi “Darmadağın edilmiş faşist tankı”, “İstirahət zamanı” “Anadan məktub”, “Bizim uşaqlar” silsiləsindən – “Mən sizə qulaq asıram”, “Rəsm çəkəcəyəm”, “Çıxış ərəfəsində”, kimi əsərlərlə yanaşı, “A.A.Bakıxanov”un, “Şair Əli Fəzli”nin, “Əbdülqasım Hüseynzadə”nin portretləri, Nizami, Məshəti Gəncəvi, Q.Şirvani, Q.Təbrizi, Xətai və Hafiz, yaradıcılığına çəkilmiş illüstrasiyaları sərgilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR