Türkiyəli nazir: “Xocalı soyqırımı bütün türk dünyasının ortaq acısıdır” - FOTO

Türkiyəli nazir: “Xocalı soyqırımı bütün türk dünyasının ortaq acısıdır” - <span style="color: red;">FOTO
# 27 fevral 2015 15:22 (UTC +04:00)

Bakı – APA. Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri – Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Türkiyə Cümhuriyyəti Avropa Birliyi naziri və baş müzakirəçisi Volkan Bozkırla görüşdə iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, türk və türkdilli xalqların icmalarının təmsilçiləri ilə keçirilən görüş Türkiyə Cümhuriyyətinin Finlandiyadakı səfirliyində baş tutub.

Dünya və Türkiyə siyasəti üçün aktual olan bir sıra məsələlər barədə danışan Volkan Bozkır azərbaycanlı diaspor rəhbərlərinin suallarına cavabında Dağlıq Qarabağ münaqişəsi barədə öz fikrini bildirib. Nazir deyib ki, Türkiyə “bir millət, iki dövlət” prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Azərbaycanın yanında olub və olacaq. V. Bozkır Xocalı soyqırımının bütün türk dünyasının ortaq acısı olduğunu vurğulayaraq, türk icmaları ilə görüşün fevralın 26-da keçirilməsinin təsadüfi olmadığını deyib: “23 il əvvəl törədilmiş Xocalı soyqırımının ildönümündə bir arada olmağımız “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikrinin daha bir sübutudur”.

V. Bozkır ildən-ilə iqtisadiyyatı inkişaf edərək güclü dövlətə çevrilən Azərbaycanın fonunda Ermənistanın hər tərəfdən əlaqələrinin kəsildiyini, əhalisinin böyük bir hissəsinin isə ölkəni tərk etdiyini vurğulayıb.

FAA-nın Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay Volkan Bozkıra təşəkkür edib, Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağın Finlandiyada yaşayan azərbaycanlılara hər zaman yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR