“Altılıq” və İran arasında danışıqlar iyulun 7-dən sonra davam edə bilər

“Altılıq” və İran arasında danışıqlar iyulun 7-dən sonra davam edə bilər
# 03 iyul 2015 23:48 (UTC +04:00)

Bakı-APA. “Altılıq” ölkələri və İran arasında danışıqlar Vyanada iyulun 7-dən sonra davam edə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə ABŞ nümayəndəsi bildirib.

“Danışıqlar 7-dən sonra davam edə bilər. Lakin biz danışıqları daha tez yekunlaşdırmaq niyyətindəyik”, deyə ABŞ yüksək vəzifəli nümayəndəsi jurnalistlərin müvafiq sualına cavabında bildirib.

Qeyd edək ki, “altılıq” ölkələri və İran Tehranın nüvə proqramına dair yekun saziş üzərində çalışır. Bundan əvvəl əldə olunan razılaşmaya əsasən, yekun saziş iyunun 30-dək hazırlanmalı idi. Lakin danışıqların növbəti raundunda müddətin iyulun 7-dək uzadılmasına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR