Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub - FOTO

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub - <span style="color: red;">FOTO
# 13 iyul 2015 17:41 (UTC +04:00)

Bakı-APA. Gürcüstanda Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunan "Gürcüstanın azərbaycanlı jurnalistləri" adlı kitab nəşr olunub. APA-nın məlumatına görə, kitabda Gürcüstanda jurnalistikamızın Gürcüstan qolunun inkişafında böyük əməyi olan və azərbaycandilli mətbuatda çalışaraq dünyalarını dəyişmiş və hazırda çalışan azərbaycanlı jurnalistlərin tərcümeyi-halı haqqında ətraflı məlumat verilib. Kitabın müəllifləri Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğludur. Kitaba jurnalistlərin tərcümeyi-halı ilə bərabər müəlliflərin qələmə aldığı "Gürcüstanda Azərbaycandilli mətbuatın tarixindən" adlı məqalə və "Molla Nəsrəddin" jurnalının Borçalı təmsilçiləri" adlı məlumat da daxil edilib.

"Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabına yalnız bu ölkədə anadan olan və kütləvi informasiya sahələrində çalışmış jurnalistlər daxil edilib. Müəlliflərin bildirdiyinə görə, ikinci kitabda isə Gürcüstanda anadan olub, Azərbaycan və digər ölkələrdə yaşayan və müxtəlif mətbuat sahəsində çalışan jurnalistlərimizin həyat və fəaliyyəti haqqında da geniş məlumatlardan ibarət ikinci kitab da planlaşdırılıb. Milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan kitabda 84 jurnalistin ömür yolu işıqlandırılıb.

Kitab ilk dəfə olaraq Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə nəşr olunub.

Məlumata görə, yaxın günlərdə kitabın ilk təqdimatı Azərbaycanın Mətbuat Şurasının dəstəyi ilə Bakıda və Tiflisdə keçirilməyi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR