Avropa Liqası: “Dnepr”-“Qarabağ” – 0:1

Avropa Liqası: “Dnepr”-“Qarabağ” – 0:1
# 23 oktyabr 2014 23:02 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

Ağdam klubu III turun yekun matçında səfərdə Ukrayna “Dnepr”i ilə qarşılaşıb. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib.

Belə ki, “Qarabağ” Dnepropetrovsk klubunu minimal hesabla məğlub edib. Oyunda vurulan yeganə və tarixi qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.

Avropa Liqası

Qrup mərhələsi, III tur

F qrupu

"DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) - 0:1

QOL: Muarem Muarem, 21

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR