Gənc Tamaşaçılar Teatrı: Əməkdar artist Kübra Dadaşova komaya düşməyib

Gənc Tamaşaçılar Teatrı: Əməkdar artist Kübra Dadaşova komaya düşməyib
# 06 mart 2015 16:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Əməkdar artist Kübra Dadaşovanın komaya düşməsi haqqında yayılan məlumat doğru deyil, onun səhhəti hazırda normaldır”.

Bunu APA-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mirsaquliyeva deyib.

Onun sözlərinə görə, Kübra Dadaşova uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkir: “Aktrisa bir müddət əvvəl Leyla Şıxlinskaya adına klinikada əməliyyat olunub, hazırda dövlət xəstəxanalarından birində müalicəsini təmənnasız olaraq davam etdirir. Onun səhhətinin kəskin pisləşməsi, komaya düşməsi barədə məlumat doğru deyil. Teatrın rəhbərliyi başda olmaqla, kollektiv nümayəndələri və aktrisanın həmkarları mütəmadi olaraq ona baş çəkərək dəstək olurlar. Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədovanın əməkdar artist Kübra Dadaşovanın qızı kimi təqdim olunması da doğru deyil. Gənc aktrisa Təhminə Məmmədova Kübra Dadaşovanın qızı yox, yaxın rəfiqəsi və həmkarıdır”.

Qeyd edək ki, Təhminə Məmmədova bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, K. Dadaşova komaya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR