Pakistan prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Pakistan prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 mart 2015 14:14 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən (BŞBPİ DYPİ) APA-ya verilən məlumata görə, Heydər Əliyev və Neftçilər prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Sabah isə yuxarıda sadalanan küçə və prospektlərlə yanaşı Parlament prospektində, Mehdi Hüseyn, Niyazi, İstiqlaliyyət, Lermontov və Teymur Elçin küçələrində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.

BŞBPİ DYPİ sürücülərə göstərilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR