Lənkəran teatrı 125-ci mövsümünü başa vurub

Lənkəran teatrı 125-ci mövsümünü başa vurub
# 15 iyul 2016 19:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Dövlət Dram Teatrı özünün 125-ci mövsümünü başa vurub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Zemfira Nəcəfova çıxış edərək cari mövsümdə qazanılmış uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar.

Daha sonra teatrın bir qrup əməkdaşı qazandığı nailiyyətlərə görə diplomlarla təltif olunub.

Rəsmi hissədən sonra teatrın truppasının ifasında yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” tamaşasına baxış olub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində ata və övladın qarşılıqlı münasibətlərindən bəhs edilir. Tamaşanın səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rolları xalq artisti Qabil Quliyev, aktyorlardan Şahrud Mehdiyeva, Təranə Fərəcova, Sayad Əliyev və digərləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR