Ali Hərbi Məktəbdə “Azərbaycan multikulturalizmi” dərsi keçirilib - FOTO

Ali Hərbi Məktəbdə “Azərbaycan multikulturalizmi” dərsi keçirilib - <span style="color: red;">FOTO
# 19 mart 2015 13:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirələri çərçivəsində Ali Hərbi Məktəbdə dərs keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasov ölkədə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb. Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkədə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlılığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.

Qeyd edək ki, “Azərbaycan multikulturalizmi” proqramı bu ilin əvvəlində Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkənin müxtəlif bölgələrində ilboyu davam edəcək “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR