Azərbaycan və Serbiya arasında sənədlərinin imzalanması mərasimi olub

Azərbaycan və Serbiya arasında sənədlərinin imzalanması mərasimi olub
# 08 fevral 2013 14:24 (UTC +04:00)

APA-nın məlumatına görə, ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Tomislav Nikoliç “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Daha sonra digər sənədlər imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri İvan Mrkiç imzalayıblar.

İmzalanma mərasimindən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR