AZAL Bakı-Barselona aviareysinin qrafikini açıqlayıb

AZAL Bakı-Barselona aviareysinin qrafikini açıqlayıb
# 02 aprel 2015 12:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin may ayının 23-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Kataloniya əyalətinin inzibati mərkəzi olan Barselona şəhərinə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, reyslər şənbə günləri birbaşa uçuş yerinə yetirən sərnişinlər üçün maksimal əlverişli cədvəl üzrə Bakıdan saat 07:00-da uçuş və yerli vaxtla 09:45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək.

Barselonadan uçuşlar saat 11:00-da yerinə yetiriləcək və yerli vaxtla 19:10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinfin olduğu “Airbus 319” tipli təyyarələrlə göstəriləcək.

Yer kürəsində turistlər tərəfindən ən çox gəzilən və Avropanın ən gözəl şəhərlərindən biri olan Barselonaya birbaşa hava xəttinin açılması ilə AZAL öz sərnişinlərinə zəngin tarixə, bənzəri olmayan mədəniyyətə və mükəmməl mətbəxə malik olan İspaniyanı tanımağa gözəl imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR