Roma Apellyasiya Məhkəməsinin baş vəkili ədliyyə nazirinin müavini ilə görüşüb

Roma Apellyasiya Məhkəməsinin baş vəkili ədliyyə nazirinin müavini ilə görüşüb
# 02 oktyabr 2014 07:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Roma Apellyasiya Məhkəməsinin baş vəkili Antonio Marini Ədliyyə Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşdə İtaliya və Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişafı, bu əlaqələrin dövlət başçılarının, həmçinin, parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri çərçivəsində möhkəmləndiyi bildirilib.

A. Marini isə öz ölkəsində məhkəmə sistemində mövcud problemlərin aradan qaldırılması üçün, habelə korrupsiya ilə mübarizədə bir çox Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR