Azərbaycanın xarici işlər naziri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 10 aprel 2013 14:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə baş katib Halil Akıncı nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında ətraflı məlumat verib.

Görüşdə həmçinin Azərbaycanla Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və Şuranın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR