AÇ-2016-nın açılış oyununun hakimləri açıqlanıb

AÇ-2016-nın açılış oyununun hakimləri açıqlanıb
# 08 iyun 2016 05:24 (UTC +04:00)

Bakı-APA. Avropa çempionatının açılış oyununun hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 10-da keçiriləcək Fransa - Rumıniya matçını Viktor Kassainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Ona yan xəttdə Dyerd Rinq ilə Ventsel Tot kömək edəcəklər.

Əlavə köməkçi hakimlər isə Tamaş Boqnar ilə Adam Farkaş olacaq.

Oyuna ehtiyat hakimləri isə macarıstanlı olmayacaqlar. Bu vəzifəyə hollandiyalılar Byonr Kuyperslə Sander van Rukel təyin olunub.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR