“Şirvan Regional Elektrik Şəbəkəsi”ndə yenidənqurma və təmir işləri aparılıb

“Şirvan Regional Elektrik Şəbəkəsi”ndə yenidənqurma və təmir işləri aparılıb
# 15 iyul 2014 16:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi məqsədilə son üç ay ərzində EVX-lərdə və yarımstansiya avadanlıqlarında yenidənqurma və təmir - tikinti işləri həyata keçirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, qurumun Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən bildirilib ki, sözügedən dövrdə 330 kilovoltluq IV “Şirvan”, 230 kilovoltluq “Parsabad”, 220 kilovoltluq I, II “Şirvan” və III “Masallı” hava elektrik verilişi xətlərinin 13,5 kilometri təmir edilib. Habelə 500-ə yaxın izolyator dəyişdirilib, 40-dan artıq xətt armaturu quraşdırılıb.

Analoji təmir işləri müəssisənin xidməti ərazisində olan 110 kV-lik I və II “Cənub”, I və II “Qazıməmməd”, II “Muğan”, II “Masallı” və digər, eyni zamanda 35 kV-lik EVX-lərdə də aparılıb. Nəticədə ümumilikdə 46 kilometrə yaxın xətt təmir edilib, 500-ə yaxın izolyator dəyişdirilib və 60-a yaxın xətt armaturu quraşdırılıb.

Qeyd edək ki, qeyd edilən dövrdə REŞ-in balans mənsubiyyətinə daxil olan 220 kV-lik “Masallı” yarımstansiyasında 1 saylı 125 MVA avtotransformator, 110 kV-lik giriş eleqaz açarı və digər avadanlıqlar təmir edilib. 110 kV-lik “Muğan” yarımstansiyasında isə 1 və 2 saylı 40 MVA transformatorlar əsaslı, həmin transformatorların 110 kV-lik giriş yağ açarları, IV “Sabirabad” HX-nin yağ açarı və digər avadanlıqlar cari təmir edilib.

Son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Cənub” yarımstansiyasında 2 saylı transformator yenisi ilə əvəz edilib, HX-lərin isə eleqaz açarları təmir olunub. Analoji təmir işləri 110 kV-lik “Biləsuvar”, “Boradigah”, “Salyan” və s. 35 kV-lik “Alvadı”, “Qarabağlı”, “Göytəpə” və digər yarımstansiyalarda da həyata keçirilib. Ümumiyyətlə, həmin dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikdə olan 30-dan artıq transformator və 120-yə yaxın yağ açarı təmir edilərək normal iş rejiminə gətirilib.

Paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülüb. Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində olması nəzərə alınmaqla, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənib. Transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılıb, çınqıl örtüyü yenisi ilə əvəz edilib. Bunlardan əlavə, yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR