Azərbaycan AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak edəcək

Azərbaycan AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak edəcək
# 25 oktyabr 2014 12:40 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə İspaniyada insan hüquqlarının vəziyyəti, Avropada QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qarşısının alınması, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqlarına əməl olunması barədə fikir mübadiləsi aparılacaq.

Komitənin iclasında iştirak etdikdən sonra deputat Rafael Hüseynov noyabrın 3-dən 5-dək Strasburqda keçiriləcək Demokratiya üzrə Dünya Forumunda da iştirak edəcək.

Forumda dünyada baş verən qlobal dəyişikliklərdə gənclərin yeri və rolu mövzusu müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR