Şamaxıda "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb

Şamaxıda "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb
# 22 may 2015 01:22 (UTC +04:00)

Bakı-APA. Şamaxıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Çuxuryurd kəndidə (rayon mərkəzindən 12 km aralı) "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılıb.

Avtomobilin sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR