Azərbaycanda qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı açıqlanıb
# 10 aprel 2015 15:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 752 min 660-a çatıb.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, bu il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 752 min 660-a çatıb.

Qeydiyyata alınmış abonentlərin 22 863-ü qeyri-əhali, 1 mln. 729 min 797-i isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19862 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 10 538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9324-ü isə regionların payına düşür. Bu il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.

Həmçinin, bu il aprelin 1-nə əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR