Əbülfəs Qarayev: “Ümumdünya Turizm Təşkilatı Şuşanı yalnız Azərbaycanın torpağı kimi tanıyır”

Əbülfəs Qarayev: “Ümumdünya Turizm Təşkilatı Şuşanı yalnız Azərbaycanın torpağı kimi tanıyır”
# 08 may 2008 10:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Ümumdünya Turizm Təşkilatı Şuşanı yalnız Azərbaycanın torpağı kimi tanıyır. Bu isə o deməkdir ki, ermənilər gözəl bir təbiəti olan Şuşadan turizm məqsədi ilə istifadə edə bilməzlər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir 16 ildir işğal altında olan Şuşanın Azərbaycanın sağalmaz yarası olduğunu bildirib: “Burada heç bir turizm potensialından danışmaq mümkün deyil. Çünki dünya ictimaiyyəti bilir ki, bu, işğal altında olan torpaqlardır. Bu cür addımlar ermənilər tərəfindən daim həyata keçiriləcək. Ona görə ki, biz bu gün mədəniyyət sahəsində gedən müharibənin içindəyik. Bu gün Şuşanın işğal günüdür. 16 ildir ki, Şuşasızıq və hər bir azərbaycanlının bir ümidi var ki, Azərbaycanın bayrağı mütləq Şuşada dalğalanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR