TQDK aktyorluq sənəti və rejissorluq ixtisaslarına yiyələnmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb

TQDK aktyorluq sənəti və rejissorluq ixtisaslarına yiyələnmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb
# 08 may 2008 12:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin xüsusi qabiliyyət tələb edən “Aktyorluq sənəti” və “Rejissorluq” ixtisaslarına yiyələnmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, xüsusi təşkil edilmiş Qabiliyyət İmtahanı Komissiyaları (QİK) mayın 31-dək abituriyentlərin müvafiq ixtisaslara yararlılığını yoxlayacaq, yoxlamadan müvəffəqiyyətlə keçənlərin qeydiyyata alınmasını təmin edəcək. TQDK bölgələrdə yaşayan abituriyentlərin Bakıya gəlmədən qabiliyyət imtahanına qeydiyyata düşə bilmələri üçün QİK ekspertlərini respublikanın bölgələrinə bir günlük ezamiyyətə göndərməyi nəzərdə tutur. Naxçıvan şəhərində QİK mayın 12-də Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR