Rauf Əliyev: “AFFA prezidenti stadionların monitorinqini aparmağı tapşırıb”

Rauf Əliyev: “AFFA prezidenti stadionların monitorinqini aparmağı tapşırıb”
# 08 may 2008 15:31 (UTC +04:00)
Onun sözlərinə görə, monitorinqlərin aparılmasında əsas məqsəd istifadəyə yararsız stadionları üzə çıxarmaqdır: “Monitorinq nəticəsində yararsız stadionlar müəyyənləşdiriləcək. Belə stadionlarda gələcəkdə yenidənqurma və təmir işləri görüləcək. Bəzi rayonlarda isə ümumiyyətlə, yeni stadionlar inşa olunacaq”. R.Əliyev bildirib ki, təmir olunacaq stadionlarda yeniyetmə futbolçuların məşq keçmələrinə şərait yaradılacaq: “Bütün fəaliyyətimizi dövlət başçısı İlham Əliyevin imzaladığı futbolun inkişafına dair Dövlət Proqramının müddəalarına əsasən qurmuşuq. Stadionların təmiri və ya inşası sayəsində bölgələrdə futbolun kütləviliyinə nail olacağıq. Həmçinin bu yerlərdə uşaq və yeniyetmə futbolu inkişaf edəcək, məşqçilərimiz seleksiya işləri aparacaqlar. U-17, U-19, eləcə də U-21 yığmalarımızın ayrı-ayrı iqlimlərə malik rayonlarda təlim-məşq toplanışı keçməsinə zəmin yaranacaq”.
Qeyd edək ki, əyalətlərdə yalnız iki arena - Heydər Əliyev adına İmişli şəhər və Lənkəran şəhər mərkəzi stadionu Avropa standartlarına uyğun hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR