İsgəndər Xəlilov: “İki gündən sonra Azərbaycan paytaxtında “Bakı-Hilton” otelinin özülü qoyulacaq”

İsgəndər Xəlilov: “İki gündən sonra Azərbaycan paytaxtında “Bakı-Hilton” otelinin özülü qoyulacaq”
# 09 may 2008 12:05 (UTC +04:00)
O deyib ki, 2 ilə tikiləcək otel 130 milyon avroya başa gələcək, vəsaitin 30 faizini rəhbərlik etdiyi holdinq, 70 faizini isə xarici banklar ödəyəcək. Qeyd edək ki, “Bakı-Hilton” oteli keçmiş “Azərbaycan” mehmanxanasının yerində inşa olunacaq.
İ. Xəlilov gələn il böyük bir layihənin icrasına start verəcəklərini də bildirib: “Heydər Əliyev prospektində 14 hektar ərazidə həm yaşayış, həm də ticarət mərkəzi inşa olunacaq. Bu layihənin yalnız birinci fazasına 220 milyon avro xərclənəcək, layihənin 2-ci və 3-cü fazalarının dəyəri hələ hesablanmayıb. Kompleks 3 il ərzində tikiləcək”.
İ. Xəlilov onu da deyib ki, “İSR-Holding” hazırda “Qanlıgöl” adlanan ərazidə maşın bazarı inşa edir və bu ayın sonuna kimi işlərin birinci fazası bitəcək: “Bundan sonra maşınlar yalnız həmin bazarda satılacaq, Bakının müxtəlif yerlərində avtomobil satışı ilə məşğul olan şirkətlər də oraya köçürüləcək”.
“İSR-Holdinq” şirkəti tərəfində istismara verilmiş Neftçala Yod Zavodunda hazırda 300-dən çox adamın işlədiyini deyən İ. Xəlilov müəssisədə ikinci fazaya start verildiyini söyləyib. İkinci faza başa çatandan sonra zavodda işləyənlərin sayı 500-600 nəfərə çatacaq. O, müəssisənin istehsal gücünün hazırda 1200 ton yod olduğunu, gələcəkdə bu rəqəmin 10 minə çatdırılacağını bildirib: “2-3 ildən sonra isə müəssisə yod ehtiyatı və istehsalına görə dünyada 4-cü yerdə olacaq”. İş adamı Azərbaycanın yod ehtiyatlarına görə dünyada 4-5-ci yeri tutduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR